Görüşdə UAR Baş katibi Ceyhun Məmmədov, Aparat rəhbəri Elşad İbrahimov və media məsulu Rəşad Tağıyev iştirak ediblər. UAR-ın həmsədrləri Hikmət Cavadovun və Oleq Krapivinin salamlarını çatdıran C. Məmmədov radanın fəaliyyəti ilə bağlı məlumat verib. Məmmədov bildirib ki, Rada olaraq türkdilli ölkələrin Ukraynada diasporu ilə əməkdaşlıqda maraqldırlar və bu ölkələrin cəmiyyətləri ilə görüşlərə start verilib: “İlk olaraq qardaş qazax xalqının diasporu ilə başladığımız bu görüş digər türkdilli ölkələr üzrə davam edəcək. Sonra bu ölkələrin diasporu ilə yekun birgə konfrans keçirməyi planlaşdırırıq”-deyə, o əlavə edib. Təməlləri Türkcə Danışan ölkələr Zirvəsinə dayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının önəminə toxunan RAU baş katibi: “Türk Şurasının qurulma təklifi Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevə aiddir. Bu təşkilatın qurulmağı millətimizin birliyi yolunda çox önəmli bir addım oldu. Bizlər isə bu birliyi daha da inkişaf etdirməli və möhkəmləndirməliyik. Şəxsi dostluqlarımlz ailə dostluqlarına və övladlarımızın dostluqlarına çevrilməlidir” deyərək bu yöndə əlavə tədbirlər planı hazırladıqlarını bildirib. D. Examberdiyev isə bu əməkdaşlıqdan məmnunluğunu bildirərək Ukraynada qazaxların fəaliyyəti barədə məlumat verib. Ukraynada 15 min qazaxıstanlının yaşadığını deyən diaspor rəhbəri bildirib ki, bunun 4 minə qədəri Kiyevdə yaşayır: “Bunlar arasında Ukrayna ictimai-siyasi həyatında, o cümlədən ölkə həyatının sosial sferasında fəal olan qazaxlılar var. Bizlər də Türk Şurasının fəaliyyətini canlandırmaq üçün əlimizdən gələni edəcəyik”-deyə, o vurğulayıb. Görüş qarşılıqlı təkliflərin müzakirəsi ilə davam edib. ГРОМАДСЬКА ОРГАНІЗАЦІЯ “КАЗАХСЬКЕ КУЛЬТУРНЕ ТОВАРИСТВО М.КИЄВА “ДОСТИК” Егамбердієв Даніяр Гаппарович, Голова Türkdilli Dövlətlərin Əməkdaşlıq Şuras – Türk Şurası və ya Türk Gənəşi (qaz. Түркі кеңесі, qırğ. Түрк кеңеши, türk. Türk Keneşi, ing. Turkic Council) — 3 oktyabr Naxçıvanda imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arsında qurulmuş olan beynəlxalq təşkilatdır.
Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisində “ДОСТИК” Qazax mədəni birliyinin rəhbəri Daniyar Eqamberdiyev ilə görüş olub

Bu bölməyə aid digər xəbərlər
Livanda Azərbaycan və türk dili üzrə birgə məktəblər yaradıla bilər. Busaat.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov…
“44 günlük müharibədən əvvəl, eyni zamanda döyüşlər dövründə erməni diasporu Azərbaycan diasporuna görüşlər keçirmək, danışıqlar aparmaq təklifi ilə müraciət…
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğızıstan kimi türk dövlətlərinə Azərbaycana daimi…
Fuad Muradov: “Ulu Öndər Heydər Əliyevin planları hər zaman türk dünyasının inkişafı ilə bağlı olub”
Ulu Öndər Heydər Əliyevin planları hər zaman Azərbaycanın bu günü, böyük türk dünyasının inkişafı ilə bağlı olub". Busaat.az xəbər verir ki, bunu Bakıda “Türk…
Şotlandiyanın Edinburq şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal illərində Azərbaycanın Qarabağ bölgəsində kütləvi şəkildə basdırılan minaların…
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib. Busaat.az müraciəti təqdim edir: "Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin…