Ukraynanın taleyi necə olacaq? – “Tramp hakimiyyətə gələrsə…”

Ukraynanın taleyi necə olacaq? – “Tramp hakimiyyətə gələrsə…”backend

“Keçmiş prezident Donald Tramp 2024-cü ildə yenidən prezident seçilsə, Rusiya böyük fayda əldə edəcək”.

DW xəbər verir ki, bunu ABŞ-ın ən nüfuzlu politoloqlarından biri Frensis Fukuyama deyib.

“Əgər Donald Tramp 2024-cü ildə qayıdarsa, bu, Rusiyanın bütün problemlərini həll edəcək, çünki o, açıq-aydın ABŞ-ı NATO-dan çıxarmaq istəyir. Rusiya öz əsas məqsədlərinə sadəcə Amerika siyasətindəki bu dəyişikliklə nail olacaq”, – deyə Fukuyama vurğulayıb.

Qərb demokratiyalarının bütün siyasi və iqtisadi sistemlərin son nöqtəsi olduğunu iddia etməklə tanınan Stanford professoru Fukuyama Trampın qayıdışını Ukrayna üçün təhlükəli və Qərbin Rusiya işğalı qarşısında qoyduğu birləşmiş cəbhə üçün potensial ölümcül hesab edib:

“Qərb ölkələri Moskvaya qarşı görünməmiş sanksiyalar tətbiq edib. Lakin müharibə və onunla bağlı sanksiyalar bütün dünyada inflyasiya və enerji qiymətlərinin kəskin artması ilə Qərbə təsirsiz ötüşməyib. İqtisadi çətinliklər hökumətlərə daha çox təzyiq göstərdiyi üçün Qərbin Ukraynaya sarsılmaz dəstəyini davam etdirmək üçün siyasi iradəsinin olub-olmaması ilə bağlı suallar qalır.

Düşünürəm ki, Ukraynanın yayda müəyyən irəliləyiş əldə etməsi və hərbi sürəti bərpa etməsi çox vacibdir, çünki Qərbin birliyi həqiqətən də yaxın gələcəkdə problemin hərbi yolla həllinə inanan insanlardan asılıdır. Əgər onlar hiss etsələr ki, biz əbədi olaraq davam edəcək uzun bir dalana dirənmişik, o zaman düşünürəm ki, birlik pozulmağa başlayacaq və müharibəni dayandırmaq üçün Ukraynaya ərazilərindən imtina etməyə çağırışlar daha çox olacaq”.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley dünən deyib ki, Ukraynadakı münaqişə çox güman ki, “zəifləşdirici yıxılma müharibəsi” kimi davam edəcək.

Keçən ay ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payfer “Insider”-ə deyib ki, bəzi hesablamalara görə müharibə 2023 və ya 2024-cü ilə qədər davam edə bilər. Bu o deməkdir ki, Ukraynada döyüşlər ABŞ-da növbəti prezident seçkiləri fonunda davam edə bilər.

Tramp rəsmi açıqlama verməsə də, keçmiş prezidentin 2024-cü ildə yenidən namizəd olacağı gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki