Vüqar Əhmədov Göygöldə vətəndaşları qəbul edib

image-vuqar-ehmedovbackend
image-uzb_ads_desk

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Göygöl rayonunda vətəndaşları qəbul edib.

Busaat.az-ın “Azərişığ”a istinadən verdiyi məlumata görə, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov sentyabrın 15-i saat 10:00-da Göygöldə Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.image-vuqar-ehmedov2

658e704d 3f71 3a84 bced 2f381106cd30

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki