Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı iyunun 4-də Xankəndi şəhərində əmək yarmarkası keçirəcək.
Busaat.az-ın xəbərinə görə, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbir iyunun 4-ü saat 11:00-da filialın Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, 47) təşkil olunacaq.
Yarmarkada Xocalı rayonu üzrə həmin müəssisəyə aid mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və s. iş yerləri üzrə vakansiyaların çıxarılması nəzərdə tutulub.
Aktiv məşğulluq tədbirində bu vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.