Xəsarət alan 83 yaşlı qadın xəstəxanada öldü

image-296backend

Sumqayıt şəhərində 11 gün əvvəl yıxılaraq xəsarət alan 83 yaşlı qadın xəstəxanada ölüb.

Busaat.az xəbər verir ki, 1941-ci il təvəllüdlü Salmiyanova Tatyana Salmiyanovna iyulun 12-də şəhərin 3-cü mikrorayon ərazisində yıxılaraq xəsarət alıb.

Yaralı Sumqayıt şəhər 1 saylı Mərkəzi xəstəxanasına gətirilib.

Aparılan müayinə və müalicələrə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki