Yaponiya NATO ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır

image-default-50backend

Yaponiya hökuməti dünyada təhlükəsizlik vəziyyətinin daha da mürəkkəbləşdiyi bir şəraitdə NATO ilə əməkdaşlığın inkişafını davam etdirmək niyyətindədir və Finlandiyanın alyansa üzvlüyünü alqışlayır.

Busaat.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno  bildirib.

“Dünyada təhlükəsizlik vəziyyətinin mürəkkəbləşdiyi bir şəraitdə ortaq prinsipləri qəbul edən ölkələrin əməkdaşlığı vacibdir”, – Matsuno bildirib.

O vurğulayıb ki, Tokio Finlandiyanın NATO-ya üzv olmaq qərarını dəstəkləyir və alyansa qoşulma prosesini başa çatdırmaq üçün səyləri alqışlayır:

“Beynəlxalq ictimaiyyətin tarixi yol ayrıcında olduğu bir vaxtda biz (yəni Yaponiya – red.) NATO ilə əməkdaşlığı inkişaf etdirməyə davam etmək, qanuna əsaslanan azad və şəffaf beynəlxalq nizamı dəstəkləmək və möhkəmləndirmək niyyətindəyik”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki