“Yeni qatarların sayı artırılacaq” – Bəxtiyar Məmmədov

image-41backend

“Hazırda metroda infrastruktur və qurucluq tədbirləri davam etdirilir”.

Bunu Busaat.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, Bakı Metropoliteninin xətlərində sərnişinlərin daha rahat və komfortlu formada mənzil başına çatması üçün qırmızı və yaşıl xətlər istiqamətində yeni tipli, kondisionerlərlə təchiz olunmuş qatarlar xəttə buraxılıb.

B.Məmmədov deyib ki, ilin sonuna qədər yeni tipli qatarların gətirilməsi planlaşdırılır:

“Bu ilin sonunadək ümumilikdə 7 qatarın xaricdən alınması və sərnişinlərin istifadəsini verilməsi planlaşdırılır”.

“Ümumiyyətlə, yaxın 2 il ərzində istismara veriləcək yeni qatarların sayı 65-ə çatacaq. Hal-hazırda bu qatarların sayı 27-dir”, – deyə Bəxtiyar Məmmədov əlavə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki