Aİ-nin Ermənistandakı Monitorinq Missiyasına üçüncü ölkələrin nümayəndələri daxil ola bilər

image-ermenistanbackend

Avropa İttifaqının (Aİ) Ermənistana Monitorinq Missiyasına (EUMA) Aİ üzvü olmayan üçüncü ölkələrin nümayəndələri daxil ola bilər.

Busaat.az xəbər verir ki, Avropa Şurasının Ermənistana yeni Monitorinq Missiyasının göndərilməsi haqqında fərmanına əsasən, monitorinqdə üçüncü ölkələrin iştirakı mümkündür.

Qeyd olunur ki, Aİ-nin qərar qəbul etmə muxtariyyətinə və onun vahid təşkilati strukturuna təsir etmədən, ezam olunmuş işçilərinin xərclərini, o cümlədən əmək haqqını, bütün risklərdən sığortasını, gündəlik xərclərini və Ermənistana gediş-gəliş xərclərini ödəmək və müvafiq hallarda Missiyanın əməliyyat xərclərinə töhfə vermək üçün bu halın yaşanması mümkün görünür.

Bununla belə, missiyanın, əsasən, üzv dövlətlər, Aİ institutları və ya Avropa Xarici Fəaliyyət Xidməti tərəfindən ezam olunmuş işçilərdən ibarət olduğu bildirilir.

Müstəsna hallarda, üzv dövlətlərdən ixtisaslı namizədlərin olmadığı lazımi əsaslandırılmış hallarda, şəraitdən asılı olaraq üçüncü ölkə vətəndaşları müqavilə əsasında işə götürülə bilər.

Missiyanın ilk dörd ayı üçün 8 milyon avrodan çox vəsait ayrılıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90