Akarla Ostin ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib

image-mycollages_-_2021-06-11t042028-3031backend

ABŞ müdafiə naziri Lloyd Ostin türkiyəli həmkarı Hulusi Akarla telefon danışığında NATO-nun qarşıdakı sammitini və ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbinin müdafiə nazirlərinin danışıqlarının yekunlarına dair yazılı bəyənatında deyilir.

“Onlar ikitərəfli əməkdaşlıq və regional məsələləri müzakirə ediblər”, – deyə mətbuat katibi qeyd edib. “Nazir (Lloyd Ostin) ABŞ və Türkiyə arasında müdafiə sahəsində uzunmüddətli münasibətləri vurğulayıb və iyunun 14-də Brüsseldə NATO-nun sammitində nazirlə (Hulusi Akar) görüşməyi səbirsizliklə gözlədiyini bildirib”, – deyə Kirbi bildirib.

Qeyd edək ki, NATO sammiti iyunun 14-də Brüsseldə keçiriləcək. Sammit pandemiya səbəbindən bir günə qədər azaldılıb, cəmi 2,5 saat davam edəcək bir plenar sessiya planlaşdırılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90