“Azərbaycan – Gürcüstan dostluq münasibətlərinin möhkəmlənməsi Cənubi Qafqaz üçün çox vacib şərtdir”

image-foto5backend

“Azərbaycan Respublikasınin Prezidenti Cənab İlham Əliyev Gürcüstanın Baş naziri Irakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfərə gedib.

Hörmətli Prezident Gürcüstanin rəsmisi ilə təkbətək görüş keçirib. Daha sonra Tbilisidə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi ilə tanış olublar. Hər iki rəhbər Azərbaycan – Gürcüstan dostluğunun tarixindən və gələcəyindən və daimi olacağından bəhs ediblər. Cənab Prezident İlham Əliyev bildirib ki, xalqlarımız arasındakı dostluq, qardaşlıq ənənələrinin möhkəmləndirmək üçün öz səylərimizi esirgəmirik. Əsrler boyu bizim xalqımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu bu gün də belədir. Bu, həm ölkəmiz üçün vacibdir, həm bölgə üçün, həm də ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Ulu Öndər Heydər Əliyevin xatirəsinə hörmətlə yanaşdığına görə gürcü xalqına öz minnətdarlığını bildirən cənab Prezident qeyd edərək demişdir ki, sərgidə nümayiş etdirilən Heydər Əliyev və Eduard Sevarnadzenin şəkilleri diqqətimi çəkdi. Onlarin dostluğunun çox böyük tarixçəsi var. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Biz onların davamçıları, bu gün onların yolu ilə gedirik. Təbii ki, bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir.

Hörmətli Prezident eyni zamanda, Ermənistan – Azərbaycan normalasma prosesinə də toxundu.

O ki qaldı bizim digər sahədəki əməkdaşlığa, həm enerji, həm də nəqliyyat sahəsində çox böyük planlarımız var. Ümumiyyətlə, bütün səylərimiz Cənubi Qafqaz üçün çox vacibdir.

Sonda hörmətli Prezident İlham Əliyev qonaqpərvərliyə görə Baş Nazirə və gürcü xalqına öz təşəkkürünü bildirmişdir”.

 

Fərzəliyeva Rəsmiyyə, Nəsimi rayonu 266 saylı tam orta məktəb

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki