Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

image-4backend

2024-cü ildə bağça müəllimlərinin sertifikasiyası aparılmayacaq.

Busaat.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi 2026-cı ilə qədər tamamlanacaq:

“Diaqnostik qiymətləndirmədə 17 min nəfər iştirak edəcək. Bu qiymətləndirmə ölkənin bütün ərazilərini əhatə edecək. İmtahanlar elektron qaydada tətbiq olunacaq və yay aylarında keçiriləcək. Növbəti ildən isə tərbiyəçilərin sertifikasiyasına başlanacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki