Bağdad İran və Səudiyyə Ərəbistanı arasında münasibətləri yaxşılaşdırmağa çalışır

image-iran-saudibackend

Bağdad İran və Səudiyyə Ərəbistanı arasında münasibətləri yaxşılaşdırmağa çalışacaq.

Busaat.az Mehr agentliyinə istinadən xəbər verir ki, bunu İraqın baş nazir Məhəmməd Şia əl-Sudani bildirib.

İraqın bölgədə sabitliyin təmin edilməsi və gərginliyin azaldılmasına inandığını vurğulayan əl-Sudani, Bağdadın Tehran və Ər-Riyadın fikirlərini yaxınlaşdırmağa çalışacağını əlavə edib: “Biz hesab edirik ki, dialoq iki ölkə arasında razılaşmaların əldə edilməsinin yeganə yoludur”.

Bağdadda indiyədək İran və Səudiyyə Ərəbistanı arasında 5 dialoq raundu keçirilib və İraqın keçmiş baş naziri Mustafa Əl-Kazimi bununla əlaqədar bir neçə ay əvvəl Səudiyyə Ərəbistanı və İrana səfər edib.

Bu günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan bildirib ki, İran Ər-Riyad hazır olduqda Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa və səfirliklərini yenidən açmağa hazırdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90