Beş aviareys bir tısbağaya görə gecikdi

image-tisbackend

Yaponiyanın ən işlək ikinci aeroportunda beş aviareys gecikib.

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, Narita Beynəlxalq Hava Limanında təyyarələrin gecikməsinə uçuş-eniş zolağında olan tısbağa səbəb olub.
Hadisə ötən cümə günü baş verib. Belə ki, uçuşa hazırlaşan pilot zolaqda tısbağanı görüb və dərhal qülləyə məlumat ötürüb. Hava limanının əməkdaşları iki kilo ağırlığındakı tısbağanın zərər görməməsi üçün onu uçuş-eniş zolağından götürüblər.

Bundan sonra təhlükəsizlik səbəbiylə əlavə olaraq 4 km əraziyə yenidən baxış keçirilib. Nəticədə təyyarələr 15 dəqiqə gecikmə ilə havaya qalxıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki