Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurası yaradıldı

image-diasporbackend

Birləşmiş Krallıqda yaşayan azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən  Busaat.az-a verilən məlumata görə, Toplantı Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində Dövlət Komitəsinin gördüyü işlər barədə məlumat verib və diasporumuzun 44 günlük müharibə dövründə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi fəallığı, dəmir yumruq ətrafında sıx birləşmələrini yüksək qiymətləndirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90