Bu ölkədə 200 gündür ki, “COVID-19”-a yoluxma yoxdur

Bu ölkədə 200 gündür ki, “COVID-19”-a yoluxma yoxdurbackend

Tayvan dünyanı bürüyən “COVID-19” virusundan daha tez xilas olan ölkədir.

Busaat.az xəbər verir ki, ölkədə 200 gündür (təxminən 6 ay) virusa yoluxma faktı qeydə alınmayıb.

Dünyanın bir çox ölkələrindən fərqli olaraq Tayvanda karantin rejimi tətbiq edilməyib, məktəblər, iş yerləri və müəssisələr fəaliyyət göstərib. Bildirilir ki, epidemiyanın ilk başladığı dövrdən vətəndaşların diqqətli olması və vaxtında görülən tədbirlər səbəbindən xüsusi karantinə ehtiyac olmayıb.

Xatırladaq ki, dünyada koronavirusa yoluxma 53 (53,746,944) milyonu keçib. Bu günə qədər 1 milyon 309 min 408 nəfər dünyasını dəyişib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90