Bu qərarların qüvvədəolma müddəti artırılır

Bu qərarların qüvvədəolma müddəti artırılırbackend

İnzibati tənbeh tətbiqetmə haqqında qərarın icra müddəti 1 ildən 5 ilə artırılması təklif edilir.

Busaat.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsinə dəyişiklik nəzərdə tutulur. Bildirilir ki, 146.1-1-ci maddəyə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

Qeyd edək ki, əvvəllər bu Məcəllənin 22.1.2-ci tutulmuş inzibati tənbeh istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmirdi.

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90