Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib.
Busaat.az xəbər verir ki, bu barədə o, öz tvitter hesabında paylaşım edib:
“32 il əvvəl azadlığı üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını azadlığa qovuşdurdu. 1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan xilas olunan torpaqlarda dalğalanır. Milli Dirçəliş Günün mübarək, can Azərbaycan!”