Ceyhun Bayramov Ukrayna xalqına başsağlığı verdibackend

Xarici işlər naziri Ceyhun Bayramov Ukraynada hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib.

Busaat.az-ın məlumatına görə, o, bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar dərindən təəssüflənirik. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik. Yaralılara tezliklə sağalmalarını arzulayırıq. Ukraya hökumətinə və xalqına dəstək və həmrəyliyimizi ifadə edirik”, – nazir yazıb.

Qeyd ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub