Çimərliklərdən ilk görüntülər – Videobackend

Bu gündən Azərbaycanda çimərliklərin fəaliyyətinə icazə verilib və cimerlik.az saytı aktivləşib. 

Busaat.az xəbər verir ki, artıq monitorinq olunmuş və reyestə daxil edilmiş çimərliklər vətəndaşların istifadəsi üçün tam hazırdır. Hazırda çimərliklərdə könüllülər tərəfindən səsgücləndiricilər vasitəsilə maarifləndirmə işləri aparılır.

Ərazidə əhalinin istirahət edəcəyi zonalar xətlər və naqillər vasitəsilə ayrılıb. Artıq vətəndaşlar çimərlikdən istifadə etməyə başlayıb. Bunu cimerlik.az saytında yerləşdirilən interaktiv xəritədən də görmək mümkündür. Misal üçün, Pirşağı qəsəbəsində yerləşən 80 nəfərlik bir çimərlikdə hazırda 27 boş yer qalıb. Şıxda yerləşən ödənişsiz Idea çimərliyində 100 yerdən 52-si dolub.

Çimərliklərdə vəziyyət, vətəndaşların rahatlığının, sağlamlığının təmin olunması istiqamətində işlər davam etdirilir. Vətəndaşlar çimərliklərə gedərkən öz sağlamlıqları, virusa yoluxmamaları və virusun ölkədə daha çox yayılmasına səbəb olmamaları üçün qaydalara uyğun davranmalı, təhlükəsizlik tədbirlərinə riayət etməlidirlər.