ADA Universitetinin dəm qazından boğularaq ölən 4-cü kurs tələbəsi Sərxan Həsənov və qardaşı Əlinin məzarının görüntüləri yayılıb.
Busaat.az xəbər verir ki, qardaşlar yanvarın 26-da Tovuz rayonunun Ağbulaq kənd qəbirstanlığında dəfn olunublar.
Xatırladaq ki, ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.
Sərxanın qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.
Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.BAKU.WS