13:20
Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb.
Busaat.az Axsam.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları az öncə nazirlikdə əməliyyat keçirib.
***
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri ilə keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov da saxlanılıb.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.