Artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
2020-ci illə müqayisədə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,9 faiz-bənd çox, mütləq ifadədə isə bu xərclər 1775,6 milyon manat və ya 1,6 dəfə artmışdır.
Son 2 il ərzində keçirilən sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən, 2023-cü ilin IV rübü üzrə təhsilverənlərin orta aylıq əməkhaqqı 830 manata çatacaq.
2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətin sertifikatlaşdırma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfər heyətin də diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.
Oktyabrın 31-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə mövcud olan vakant yerlər var.
2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.