Eldar Həsənovla bağlı istintaq yekunlaşır

Eldar Həsənovla bağlı istintaq yekunlaşırbackend

Baş Prokurorluq hazırda həbsdə olan Azərbaycanın keçmiş baş prokuroru və sabiq səfir Eldar Həsənovun cinayət işi ilə bağlı açıqlama verib.

Mətbuat Xidmətindən verilən məlumata görə, qeyd olunan cinayət işi üzrə aparılan istintaq artıq yekunlaşmaq üzrədir. İstintaqın nəticələri barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90