Ermənistandan NATO-nun hərbi təlimlərində iştirakları ilə bağlı izahat istədik – Zaxarova

image-defaultbackend

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözcüsü Mariya Zaxarova Ermənistan parlamentinin  “Mülki Müqavilə” Fraksiyasının katibi Artur Hovhannisyanın Rusiyanın Ermənistanın ABŞ-da iştirakı ilə bağlı niyə izahat tələb etdiyini başa düşməməsi ilə bağlı bəyanatına cavab verib. 

“Qeyd etmək lazımdır ki, o, aşkar şəkildə öz uydurduğu ifadəyə arxalanır və buna təəccüblənir, ya da ona səhv tərcümə ediblər”, – Rusiya XİN-in Telegram kanalında deyilir.

Aşağıda müvafiq sualı və mətbuat konfransında Zaxarovanın cavabını təqdim edirik.

Sual: Ermənistan öz ərazisində KTMT hərbi təlimləri keçirməkdən imtina edib. Eyni zamanda, NATO ölkələrinin hərbi təlimlərində iştirak etmək qərarına gəlib. Rusiya Xİn İrəvanın belə mövqeyini necə qiymətləndirir? İrəvanın bu addımı ölkələrimiz arasında ikitərəfli əlaqələri pisləşdirə biləcək hərəkət sayıla bilərmi?

Cavab: Mən təkrar etməyəcəyəm və bildirirəm ki, indicə Ermənistan və KTMT mövzusunu şərh etmişəm. NATO-ya gəlincə, alyans tərəfdaş ölkələri hərbi manevrlərə fəal şəkildə cəlb etmək praktikasını davam etdirir. Bunu NATO standartlarını tətbiq etməklə həyata keçirir və bu ölkələrin müdafiə kompleksini transformasiya etməyə, onların daxili və xarici siyasi prosesləri, silahlı qüvvələrin inkişaf kursu üzərində təsir rıçaqları əldə etməyə çalışır.

İlk növbədə, burada NATO üçün Rusiya ilə real geosiyasi qarşıdurma meydanı olan postsovet ərazisi nəzərdə tutulur. ABŞ və müttəfiqləri region ölkələrinin ölkəmizlə əməkdaşlığını gözdən salmağa çalışır. Onları anti-Rusiya və bəzən rusofob xarakter daşıyan müxtəlif qarşılıqlı əlaqə formatlarına sürükləyirlər. NATO-nun bu hərəkətləri vəziyyətin sabitliyinin pozulmasına, münaqişə potensialının artmasına, müxtəlif regionlarda yeni bölücü xətlərin yaranmasına gətirib çıxarır.

Biz Ermənistandan NATO-nun hərbi təlimlərində iştirakları ilə bağlı rəsmi şəkildə izahat istədik. Reaksiyamız cavabı aldıqdan sonra bilinəcək.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki