Finlandiyanın paytaxtı Helsinkidə yerləşən Azərbaycan Evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbində yeni tədris ili başlayıb.
Bu barədə Busaat.az-a Diaspora üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova bildirib ki, ilk dərs günündə uşaqlara I-IX siniflər üçün hazırlanmış və 2023 – 2024-cü tədris ilini əhatə edən məktəbli kitabçası təqdim edilib.
Bununla yanaşı, uşaqlara rəsm dərsi keçirilib. Qeyd edək ki, məktəbdə Azərbaycan dili, musiqi və rəsm fənləri tədris olunur.