İcra başçılarının həbsi: “Azərbaycanın böyük şəhərlərində meriya institutu yaradılmalıdır”

İcra başçılarının həbsi: “Azərbaycanın böyük şəhərlərində meriya institutu yaradılmalıdır”backend

“Elə icra başçıları var ki, müavinləri, köməkçiləri özündə cəsarət tapıb ona zəng edə bilmirlər”.

Busaat.az xəbər verir ki, bunu son zamanlar ölkədə icra başçılarının rüşvətə görə həbs olunmasına münasibət bildirən iqtisadçı Rəşad Həsənov deyib.

İqtisadçı hesab edir ki, icra başçılarının həbsi ilə bağlı bir neçə versiyalar mövcuddur:

“Birinci versiya odur ki, baş verənlər tamamilə başqa kontekstdə baş verir və korrupsiya həbsetmələrin əsas motivi deyil. Ona görə də digərləri öz davranışlarına düzəliş etməyə zərurət görmür. İkinci versiya isə bu insanların reallıq hissini itirməsidir. Amma istənilən halda çıxarılacaq nəticələr eynidir. İcra hakimiyyəti institutu ləğv edilməli və öz vəzifələrinin əsas hissəsini seçkili əsaslarla formalaşan yerli özünü idarəetmə orqanlarına ötürməlidir. Bakı şəhəri daxil olmaqla, respublika tabeli böyük şəhərlərdə meriya institutu yaradılmalıdır. Həmçinin ölkə ərazisini əhatə edən 10 iqtisadi rayonda Prezidentin səlahiyyətli nümayəndəsi olaraq qubernatorlar təyin edilməlidir. Qeyd olunan iki institutun effektiv işləməsi üçün isə seçki şəffaflığı təmin edilməlidir. Bu yolla məsuliyyətin əhəmiyyətli hissəsi icmaların üzərinə ötürülə bilər. Yəni, “Sizlər seçmisiniz – daha yaxşısını seçərdiniz”. Bu prinsip isə sonda icmaların yerli idarəetmədə iştirakçılığa təşviq etməklə daha düzgün qərarlar verməsinə, həmçinin seçilmişlərin daha məsuliyyətli davranmasına səbəb olacaq”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90