İran Fransa səfirini Xarici İşlər Nazirliyinə çağırıb

image-iran-xin-azrbaycan-vtndaslarinin-gedis-glisini-asanlasdirmaq-ucun-calisiriq-11676backend

İran Fransa Xarici İşlər naziri Ketrin Kolonnanın açıqlamaları və Fransa parlamentinin İrandakı hadisələrlə bağlı qərarının təsdiqlənməsinə cavab olaraq ölkənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumat İran Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Bəyanatda deyilir ki, Fransa hakimiyyəti İrana qarşı “əsassız ittihamları” pisləyir və “məqbul olmayan ittihamlara şiddətlə etiraz edir”.

Digər tərəfdən Fransanın Tehrandakı səfiri Nikolas Roşun İran tərəfinin narazılıqlarını Parisə çatdıracağını bildirdiyi qeyd edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90