İran İsrailə hücumu TƏXİRƏ SALDI: Bundan sonra nə olacaq?

image-56backend

“İran prezidenti İbrahim Rəisinin MOSSAD tərəfindən öldürülməsi ilə bağlı iddiaları nəzərə alsaq, İran dini liderinin İsrailə “müharibə elan etməsini” əsası olmayan iddialar saya bilərik”.

Bunu türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay Busaat.az-a açıqlamasında deyib.

Professor vurğulayıb ki, bunu İran dövlətinin İsmayıl Haniyənin qətlini ört-basdır etmək üçün istifadə etdiyi metod kimi dəyərləndirmək olar:

“Əgər HƏMAS lideri İsmayıl Haniyə raket hücumuna məruz qalıb və öldürülübsə, ilk ağla gələn sual İranın hava hücumundan müdafiə sisteminin niyə işə düşməməsidir? Ümumyyətlə, İranın hava hücumundan müdafiə sisteminin olub-olmamasıdır. Halbuki, İsmayıl Haniyənin qonaq evi çox təhlükəsiz və qorunan yer sayılır. Buna rəğmən, xaricdən hücum olubsa, deməli kəşfiyyat məlumatı göndərilib”.

Hasan Oktay: Yaxın Şərqdə İran-İsrail münaqişəsinin başlaması və genişlənməsi ehtimalı azalır

H.Oktay əlavə edib ki, İranın aprelin 13-də İsrailə hücumu nəticəsində ABŞ, Böyük Britaniya və bir çox Avropa dövlətləri İsrail ətrafında birləşərək İrana qarşı cəbhə qurublar:

“Bunun ardınca İran öz bütövlüyünü qorumaq məqsədi ilə əvvəllər prezidentliyə namizəd olsa da, ruhani şura tərəfindən şans verilməyən Məsud Pezeşkianı mövcud sistemi xilas etmək üçün namizəd etdi və prezident seçdirdi. İbrahim Rəisinin öldürülməsinə cavab verə bilməyən İran Yaxın Şərqdə İsrailə qarşı qəyyumluq müharibəsi aparan “Hizbullah”, “Həşti Şabi” və “Husilər”i qurban verdi. İran İsmayıl Haniyə vasitəsilə HƏMAS-ı İsrailə qurban verməklə dövlətinin bütövlüyünü və sistemin davamını təmin etdi. O baxımdan Yaxın Şərqdə İran-İsrail münaqişəsinin başlaması və genişlənməsi ehtimalı gündən-günə azalır”.

Qeyd edək ki, “Al Arabiyya” telekanalı ABŞ kəşfiyyatına istinadən məlumat yayıb ki, İran və “Hizbullah” İsrailə hücumunu təxirə salıb. Qeyd olunub ki, Amerika Birləşmiş Ştatları hücumun qaçılmaz olduğuna əmindir. Baxmayaraq ki, onun mahiyyəti qeyri-müəyyən olaraq qalır. İran rəhbərliyi İsrailə mütləq cavab veriləcəyini bildirsə də, hələlik gözləmə mövqeyindədir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki