İsveç və Finlandiya NATO-ya üzvlük öhdəliklərini yerinə yetirməyib – KİV

image-illustration-shows-nato-turkish-swedish-and-finnish-flagsbackend

İsveç və Finlandiya Türkiyənin NATO-ya üzvlüyü ilə bağlı öhdəliklərini yerinə yetirməyib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Anadolu Agentliyi diplomatik mənbələrə istinadən yayıb.

Agentliyin məlumatına görə, cümə axşamı Brüsseldə İsveç, Finlandiya və Türkiyə nümayəndələri arasında üçtərəfli görüş baş tutacaq.

“Brüsseldə NATO-nun Madriddə keçirilən sonuncu sammiti çərçivəsində Helsinki və Stokholmun üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Vəziyyət alyans nümayəndələrinin iddialarından fərqlənir. Öhdəliklər əsasən yerinə yetirilməyib”, – Anadolu Agentliyi bildirib.

Türkiyə hakimiyyəti İsveç və Finlandiyadan konkret addımlar gözləyir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki