İtaliya klubları Maradonaya görə meydana bu şəkildə çıxacaqlar

İtaliya klubları Maradonaya görə meydana bu şəkildə çıxacaqlarbackend

İtaliya A Seriyasının noyabrın 25-də vəfat etmiş Argentina millisinin sabiq kapitanı Dieqo Maradona ilə necə vidalaşacağı açıqlanıb.

 

Busaat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, IX turun bütün oyunlarından öncə komandaların isinmə hərəkəti zamanı stadionlardakı monitorlarda əfsanəvi hücumçunun UEFA Kubokunun 1988/1989 mövsümündə “Napoli”nin heyətində Almaniya “Bavariya”sına qarşı matçdakı (2:2) driblinqlərindən hazırlanmış video nümayiş etdiriləcək.

 

Start fitindən əvvəl futbolçular meydanın mərkəz dairəsində toplaşacaqlar və Maradonanın xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. Həm sükut zamanı, həm də hər oyunun 10-cu dəqiqəsində ulduz futbolçunun fotosu monitorlarda göstəriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90