Kalından İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı AÇIQLAMA

image-kalinbackend

Ankaranın dayandırdığı Türkiyə-İsveç-Finlandiya üçtərəfli danışıqları dünən NATO-nun Brüsseldəki mənzil-qərargahında davam etdirilib. Görüşdə Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçapar və prezidentin sözçüsü İbrahim Kalın təmsil edərkən, masada NATO rəsmiləri də öz yerini alıb. Görüşdən sonra vitse-prezident İbrahim Kalın İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı açıqlamalar verib.

Busaat.az xəbər verir ki, Kalının açıqlamalarında əsas diqqət çəkən məqamlar belədir:

  • Biz Madrid razılaşmasının tam icrasını gözləyirik. Prinsipcə, biz NATO-nun genişlənməsini dəstəkləyirik. Biz NATO-nun bu prosesdə kritik rol oynayacağını bilirik. Keçmişdə digər ölkələr də yeni üzvlərin qəbulununu gecikdirmişdilər. Yunanıstanın mövqeyini nəzərdə tuturam. Biz konkret təhlükəsizlik narahatlığımızı bildirdik. Bugünkü görüşümüzdə razılaşdıq ki, növbəti görüş tezliklə keçirilsin”.
  • İsveç və Finlandiyanın PKK ilə mübarizədə atdığı addımlardan razıyıq, lakin bu, kifayət deyil. Bildirmişik ki, terrorun maliyyələşdirilməsi və təbliğatının qarşısının alınması üçün addımlar atılmalıdır. İsveçli həmkarlarımız qanunların daha təsirli olacaqlarını bildirirlər. Terrorla mübarizə ilə bağlı addımları yaxından izləməyə davam edəcəyik. Prosesin necə keçəcəyi isə iki ölkənin atacağı addımlardan asılıdır.

“Yaxın günlərdə variantları nəzərdən keçirəcəyik. Müxtəlif alternativlər səslənir. Türkiyənin yaratdığı gecikmə yoxdur. Biz əvvəllər NATO müttəfiqliyinin möhkəmləndirilməsində necə konstruktiv olmuşuqsa, bundan sonra da olacağıq. Həmkarlarımız bizə bildirdilər ki, parlamentdə heç bir problemlə üzləşməyəcəklər. Bildirilir ki, antiterror qanunu iyunun 1-dən qüvvəyə mindiyi üçün bundan sonra daha sürətli addımlar atılacaq. Bu, onların təyin etdiyi bir tarixdir. Prosesi izləyəcəyik”, – Kalın bildirib.

İsveçin verdiyi açıqlamada danışıqlarda irəliləyişin olduğu və prosesin davam etdiriləcəyi bildirilib: “NATO-ya üzvlüyümüz Türkiyədə keçiriləcək seçkilərdən sonra formalaşacaq TBMM-də səsə qoyulacaq”.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90