Kosovo üzrə danışıqların yeni raundu Brüsseldə keçiriləcək – TARİX

image-1632055180-aleksandar-vucic-afp-750x500backend

Belqrad və Priştina arasında texniki səviyyədə danışıqların yeni mərhələsi aprelin 4-də Brüsseldə keçiriləcək.

Busaat.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç deyib.

Prezident danışıqların “sərt” olacağını gözlədiyini də etiraf edib.

Danışıqların aprelin 4-də baş tutub-tutmayacağı ilə bağlı suala Vuçiç belə cavab verib: “Bəli. Çətin olacaq, məncə, onlar (Kosova rəsmiləri nəzərdə tutulur – red.) həqiqətən heç nə etməyi planlaşdırmırlar”.

“Əsas odur ki, biz Kosovodakı albanlarla münasibətləri normallaşdıra bilək, ya yox. Mən qorxuram ki, bu, hazırda real olmayacaq. Onların hər gün etdikləri yeni münaqişələr uydurmaq, xalqımızı, bu sonsuz və sərhədsiz münaqişələri təhrik etməkdir. Problem ondadır ki, onlar başa düşmürlər ki, bizi məcbur edə bilməzlər, bir-birimizə ehtiyacımız var. Biz dialoq aparacağıq”, – Serbiya lideri vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki