Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclasında iştirak edəcək.
Busaat.az xəbər verir ki, bu barədə BMT-dəki mənbə TASS-a bildirib.
“Bəli, Azərbaycanın xarici işlər naziri iştirak edəcək”, – məlumatda deyilib.
Sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi açılıb. Görüş Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.