Milyarderin helikopter qəzasında öldüyü məlum oldu

image-ipi-petr-kellner-20-10-2020backend
image-uzb_ads_desk

Şənbə günü ABŞ-ın Alyaska ştatında baş vermiş helikopter qəzası nəticəsində ölənlər arasında Çexiyanın ən varlı insanı – milyarder Petr Kellnerin də olduğu üzə çıxıb.

Busaat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Eurocopter AS50” tipli helikopterin qəzaya uğraması nəticəsində ümumilikdə beş nəfər həlak olub. Qəzanın səbəbləri hələlik bəlli deyil.

Qeyd edək ki, “Forbes”in sərvətini 12,7 milyard dollar olaraq qiymətləndirdiyi Petr Kellner 30 ildir Çexiyada milyarderlər siyahısında liderdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki