“Nezavisimaya qazeta”: Zod yatağı kimə qaldı? – ŞƏRH

“Nezavisimaya qazeta”: Zod yatağı kimə qaldı? – ŞƏRHbackend

Qarabağdakı müharibə dayandırıldı, amma nöqtə qoyulmadı. Qarşı duran tərəflər “maraqlı obyektlərin” yerləşdiyi sərhəd bölgələrində danışıqlar aparmalıdırlar. Bunlara xristianlığın tarixi abidələri, faydalı qazıntı yataqları daxildir. Zod kəndi yaxınlığındakı qızıl mədəni artıq ciddi mübahisə mövzusuna çevrilib. Üçtərəfli sülh müqaviləsinə görə, Kəlbəcər bölgəsi Azərbaycanın nəzarətinə keçdikdən sonra mədənlər mübahisəli bir əraziyə çevrildi.

“Çiçəklənən Ermənistan” müxalifət fraksiyasından olan deputat Naira Zohrabyan bir neçə gün əvvəl həyəcan təbili çaldı: “Azərbaycan hərbçiləri Ermənistanın Geqarkunik bölgəsinin Vardenis qəsəbəsinə daxil oldular və Sotk (Zod-red) qızıl yatağına nəzarəti ələ keçirtmək niyyətindədilər”. Zohrabyan Azərbaycan əsgərlərinin qarlı dağlıq ərazidə olduğunu göstərən video-görüntüləri də paylaşdı. “Sotkun işçiləri məni çağırdılar … Avadanlıqları və insanları bayıra çıxartmağa çalışırlar. Bu gün Ermənistanda da gücsüz olduğumuzu bildirməyə məcburuq”, – dedi Zohrabyan.

Baş nazir Nikol Paşinyan müxalif deputatın sensasion bəyanatına kəskin reaksiya verdi və video mesajın Ermənistandakı bəzi siyasi qrupların qalmaqal yaratdığını vurğuladı.

Əslində bu cür uydurma məlumatlar yalnız bir məqsədlə yayılır: Ermənistanda anarxiya təəssüratı yaratmaq, xaos yaratmaq və müharibəni ölkə daxilində aparmaq.

Baş nazirlə müxalif olan Naira Zohrabyanın məlumatlarını Ermənistan Müdafiə Nazirliyi, daha sonra Geqarkunik bölgəsinin rəhbərliyi təkzib etdi. Lakin çox keçmədən başqa bir müxalifət partiyası olan “Maariflənmiş Ermənistan”ın deputatları Sotkdakı mədən ərazisində 80-ə yaxın Azərbaycan əsgərinin olduğunu bildirdilər. Bu məlumatı “JAM-news”-un regional nəşrinə Sotk kənd icmasının rəhbəri Hakob Avetyan təsdiqlədi: “Elədir. Azərbaycanlılar atəş etmirlər. Ancaq ərazini azad etməyimizi tələb etdilər. Danışıqlar davam edir. Rus sülhməramlıları müdaxilə etməzsə, qorxuram, bütün bunlar yaxşı bitməyəcək”. Yalnız bundan sonra rəsmi erməni strukturları Sotkda Azərbaycan hərbçilərinin olması faktını təsdiqlədi.

Müdafiə Nazirliyi Ermənistan, Rusiya və Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin bir hissəsinin Sotk mədən ərazisində demarkasiya işlərinə başladıqlarını bildirdi. Nazirliyin məlumatında “Sərhədin bu və ya digər hissəsindəki sərhədlərin tam və dəqiq şəkildə müəyyənləşdirilməsi mümkün təxribatların aradan qaldırılması baxımından son dərəcə vacibdir”, – deyilir. Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan keçirdiyi mətbuat konfransında dedi ki, “Rusiya şirkəti bir nəzarət nöqtəsi quraraq təhlükəsizliyi təmin etmək üçün ilkin tədbirlər gördü. Erməni qoşunları bu ərazinin qorunmasında iştirak etmirdilər, Rusiya tərəfi bununla məşğul idi. Karvaçar (Kəlbəcər-red) bölgəsinə daxil olan Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bu ərazini qoruyan hər kəsin oranı tərk etməli olduğunu bildirdi. Buranın rusların himayəsində olduğunu azərbaycanlılara xəbərdar etdik. Rusların da iştirakı ilə danışıqlar aparıldı. Bu anda bütün qüvvələr Sotkdan geri çəkilir”.

Ermənistan Xarici İşlər Nazirliyi bunu dövlətlərarası danışıqlar əsasında idarələrarası komissiyalar və işçi qrupları tərəfindən həyata keçirilən və nəticədə müvafiq beynəlxalq sənəd imzalanan uzun və mürəkkəb bir proses olduğunu bildirən xüsusi bir açıqlama verdi.

“JAM-news” nəşri Sotk mədəninin fəaliyyətinin dayandırılmasının bir çox sosial və iqtisadi problemə yol açacağına inanan mütəxəssis Vahe Davtyanın şərhinə istinad edir. “Mədəni idarə edən “GeoProMining-Gold” Ermənistanın ən böyük vergi ödəyicilərindən biridir … Problemlər Ararat qızıl mədəninə də keçəcək. Cənubi Qafqaz dəmir yolu iflic təhlükəsi ilə qarşılaşacaq. Çünki dövriyyəsinin 50 faizdən çoxu Sotkdan Ararata filiz daşınması idi”, – deyə Davtyan bildirib.

Azərbaycan da bu yatağı özününkü sayılır – 1990-cı illərin ortalarında (Birinci Qarabağ müharibəsindən sonra) “Azerqizil” Dövlət Şirkəti Amerikanın “RV Investment Group Sevrvices” şirkəti ilə Sotk da daxil olmaqla üç qızıl daşıyan yataqda kəşfiyyat, işləmə və kapital yatırımına dair müqavilə bağladı. Ancaq iş məlum səbəblərdən başlamadı.

Rus şirkətinin Sotk yatağının işlənməsində iştirakı, gərginliyi azaltmaq və mübahisəni  danışıqlar müstəvisinə daşımaq üçün müsbət amildir. Amma bir şirkətin bu mübahisəyə son qoyacağı da inandırıcı görünmür. Ona görə də ümid gözləməyə qalır.

“Nezavisimaya qazeta” 30 noyabr 2020

KONKRET.az.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90