Pitun və Makron Qarabağı müzakirə ETDİLƏR

Pitun və Makron Qarabağı müzakirə ETDİLƏRbackend

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

 

Busaat.az xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti ətraflı nəzərdən keçiriblər.

 

Rusiya prezidenti regionda vəziyyətin sabitləşdiyini, Qarabağla bağlı üçtərəfli bəyanatın ardıcıl ümumilikdə icra olunduğunu qeyd edib. Rus sülhməramlılarının “Bakı və İrəvanın istəyi ilə atəşkəsin və mülki əhalinin təhlükəsizliyinin təmin olunduğu uğurlu iş” vurğulanıb.

 

Prezidentlər Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri, xüsusən də ATƏT-in Minsk Qrupu çərçivəsində koordinasiyanı davam etdirməyə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

 

Putin və Makron bundan başqa Ukrayna münaqişəsini, Suriya və Liviya böhranını da müzakirə ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90