Prezident İlham Əliyev xalqın etimadını qazanan liderdir

image-897ace22-43e3-4009-910a-3bbeab253878backend

Məlum olduğu kimi, 15 oktyabr 2008-ci ildə cənab İlham Əliyev xalqın böyük etimadını qazanaraq, yenidən ölkə Prezidenti seçildi. Bu, xalqın ulu öndər Heydər Əliyev ideyalarına sadiqliyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində neft sektorunda, eləcə də sənayenin digər sahələrində uğurlar əldə edilmişdir.

Müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti nəticəsində yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası regionun lider ölkəsinə çevrilib. Bu, bir daha onu göstərir ki, ölkə Prezidenti düzgün xarici siyasət, o cümlədən, məqsədyönlü iqtisadi siyasət həyata keçirir. Azərbaycanda iqtisadi inkişaf strategiyasının əsasını qoyan ümumilli liderimiz iqtisadi islahatlar həyata keçirdi ki, bu islahatlar bu gün də uğurla həyata keçirilməkdədir. Bundan belə, respublikamızda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da inkişaf etdirilməkdədir. Belə ki, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun aradan qaldırılması istiqamətində qəbul edilən dövlət proqramlarının uğurlu icrası bir daha onu göstərir ki, Prezident İlham Əliyev elmə əsaslanan, ölkə vətəndaşlarının sosial müdafiəsinə yönələn iqtisadi siyasət həyata keçirir. Məhz bütün bunların nəticəsidir ki, ulu öndərin layiqli davamçısı Cənab İlham Əliyev 2003 və 2008-ci illərdə xalqın dəstəyi ilə ölkə Prezidenti seçildi. Çünki xalqımız Heydər Əliyev siyasətinə, Onun davamçısı Prezident İlham Əliyev cənablarına inanır. Azərbaycanın iqtisadi inkişafı ulu öndərimizin və ölkə başçısı İlham Əliyevin adı ilə bağlıdır.

Bu gün Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın hərtərəfli yüksəlişi, dünyaya inteqrasiyası və güclü siyasəti şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda oynadığı rolu, müstəqil Azərbaycanın varlığı və inkişafı üçün hazırladığı mükəmməl təməli İlham Əliyevin şəxsində öz layiqli davamçısını tapıb. XXI əsrin qalib sərkərdəsi Qarabağ zəfəri ilə bütün dünyaya Türkün gücünü sübut etdi. Bu yalnız güclü siyasi iradə və xalqına arxalanan dövlət başçısının əldə edə biləcəyi zəfər idi. Ona görə də böyük fəxarət və qürurla deyə bilirik – Azərbaycanın Müzəffər Ali Baş Komandanı, qalib Ordusu və sarsılmaz birliyi var.

Azərbaycan Prezidentinin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı təmin edilib. Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb, sahibkarlıq fəaliyyəti, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalı genişlənib. Neft və qeyri-neft sektoru günü-gündən inkişaf edir, ölkəyə xarici və yeri investisorların marağı artıb. İnamla demək olar ki, uzun illər Prezidentin həyata keçirdiyi bütün siyasi manevrlər öz bəhrəsini verdi. İndi Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının hesabatlarında müxtəlif aspektlərdən ön cərgədə dayanır. Azərbaycan dünyanın ən çox islahatlar aparan ölkələrinin ilk onluğuna daxildir. Hökumətin islahatlara görə məsuliyyət əmsalı, yəni islahatçı imic əmsalına görə Azərbaycan dünyada beşinci yerdədir. Hökumətin uzunmüddətli strategiyası göstəricisi üzrə ölkəmiz 10-cu yerdədir. Hökumət tərəfindən siyasi sabitliyin təmin edilməsi göstəricisinə görə 11-ci yerdədir. İnfrastruktur layihələri sahəsindəki nailiyyətlər də heyranedicidir: dəmir yolu xidmətlərinin səmərəliliyi baxımından 11-ci, hava yolları xidmətlərinin səmərəliliyi üzrə ölkəmiz 12-ci yerdə qərarlaşır. Magistral yolların keyfiyyətinə görə Azərbaycan 24-27-ci yerlərdədir. Bu hesablama 74 inkişaf etməkdə olan ölkə arasında aparılıb.

Dövlət başçısının fəaliyyətinə nəzər saldıqda görünən odur ki, onun siyasətində həyata keçirilən əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahıdır. Prezidentin müasir dünyaya yaxından bələd olması, vaxtında atılan cəsarətli addımları, dünyada siyasi proseslərin dərindən təhliletmə qabliyyəti qələbəmizi şərtləndirən əsas amillərdəndir. Müharibə zamanı bütün dünya Prezident İham Əliyevi təkcə Ali Baş Komandan kimi atdığı qətiyyətli addımarla deyil, eləcə də informasiya cəbhəsindəki uğurlu mübarizəsi ilə tanıdı. Prezident İlham Əliyevin xarici media nümayəndələri ilə 30 dan çox müsahibəsi bunun əyani subutudur.

Xocalı soyqırımının anım günündə ölkə başçısı İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dünyada geniş rezonans doğurub. Dörd saatdan çox davam edən mətbuat konfransı zamanı Prezidentin jurnalsitlərin suallarını dörd dildə səlis cavablandırması dünya gündəmində xüsusi maraqla qarşılanıb. Mətbuat konfransı Vətən müharibəsindən sonra meydana çıxan bir çox suallara aydınlıq gətirmək baxımından mühüm əhəmiyyətə malik oldu. Burada verilən suallara aydınlıq gətirilməklə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış kifayət qədər ciddi mesajlar verildi.

Prezident İlham Əliyev bu və digər ali məqsədləri sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır. Dövlət başçısının “Azərbaycan – 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə” 29 noyabr 2011-ci il tarixli sərəncamı bunun bariz nümunəsidir. Belə bir sərəncamın imzalanması deməyə əsas verir ki, ölkə başçısı Azərbaycanın sadəcə bugünkü dinamik inkişafı ilə arxayınlaşmağı düzgün saymır. Cənab İlham Əliyevin sözügedən sərəncamı ölkənin uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasını nəzərdə tutur. “Azərbaycan – 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcəkdir.

 

Mirhəşim Calalov Rəhim oğlu

Nəsimi rayon sakini, ziyalı, İctimai Şuranın üzvü

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki