Prezident İlham Əliyevdən yeni tvitbackend

”Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik və bunu görmürük ”

Busaat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün “Twritter”də etdiyi paylaşımda paylaşımda qeyd edib:

”Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır

Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın dayanması, öz məğlubiyyətini, bizim isə qələbəmizi qəbul etməsi, əraziləri boşaltmasıdır. Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələr Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər.

Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik. Biz reallıqları dəyişdik. İndi ermənilər bunları nəzərə almalıdır. Bu, bizim torpaqdır, bu, ədalət, milli qürur, beynəlxalq hüquq məsələsidir”.