Qarabağda atəşkəs rejimi pozuldu – Araşdırma aparılır

image-ateskesbackend

Qarabağda Rusiya sülhməramlıları tərəfindən bir atəşkəs pozuntusu qeydə alınıb.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı növbəti bülletenində bildirib.

“Xocavənd rayonu ərazisində atəşkəs rejiminin pozulması qeydə alınıb. Tələfat yoxdur”, – məlumatda deyilir.

Nazirlikdən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır: “Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə təhqiqat aparır”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yenidən tarixi Azərbaycan adlarını saxtalaşdıraraq, Xocavənd rayonunu “Martuni” kimi qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90