İranın BRİKS ittifaqına və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulması Qərbin sanksiyalarının mənfi nəticələrinin aradan qaldırılmasına kömək edəcək.
Busaat.az xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi bildirib.
“Bizim qlobal BRİKS alyansına üzvlük və regional Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağımız ABŞ-ın sanksiyalarına qarşı mübarizədə mütləq rol oynayacaq”, o, Tehranda mətbuat konfransında deyib.
Rəisi söyləyib ki, İranın iqtisadi potensialı hər iki təşkilatın beynəlxalq arenada mövqelərini gücləndirməyə kömək edəcək.
“Çoxsaylı imkanlarımızı nəzərə alaraq, biz İranın BRİKS və ŞƏT-ə üzvlüyünü, eləcə də digər regional ittifaqlarda iştirakını çox təsirli hesab edirik. Təsir qarşılıqlıdır, çünki biz də daxil olmaqla, bu birliklərin bütün iştirakçıları İranın üzvlüyündən faydalanacaqlar”, – o vurğulayıb”.
Xatırladaq ki, 22-24 avqust tarixlərində Yohannesburqda Cənubi Afrika Respublikasının bir illik sədrinin ev sahibliyi ilə keçirilən 15-ci BRİKS sammiti baş tutub. Hazırkı BRİKS üzvləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İran, Efiopiya, Misir və Argentinanın üzvlük təkliflərini təsdiqləyiblər ki, onlar 2024-cü il yanvarın 1-də blokun tamhüquqlu üzvü olacaqlar.
İyulun əvvəlində isə ŞƏT-in sammitində İranın təşkilata qəbulu elan olundu ki, o, alyansın doqquzuncu üzvüdür.