“Rusiya bütün mənalarda etibarsız qonşu dövlətdir” – İqtisadçı rəyi

“Rusiya bütün mənalarda etibarsız qonşu dövlətdir” – İqtisadçı rəyibackend

“Biz həm bahalı, həm də keyfiyyət tələb edən bazarlara məhsul ixracını təşviq etməliyik”.

Busaat.az-ın məlumatına görə, Rusiyanın Azərbaycanın pomidor və alma idxalının qadağası ilə bağlı iqtisadçı Məhəmməd Talıblı öz fikirləri bölüşüb.

İqtisadçının fikrincə, Rusiya pomidor idxalının 38 faizinin Azərbaycandan aldığını nəzərə alsaq, yaxın həftələrdə istehlak kənd təsərrüfatı bazarında daha da qiymət artımlarının şahidi olacağıq. Amma bunun zərbəsi təkcə milli istehsalçılarımıza dəyməyəcək:

“Rusiya bazarında yeni il ərəfəsi xüsusilə hər iki məhsula artan tələbatı nəzərə alsaq, o zaman bu ölkənin əmtəə bazarında həmin məhsulların qiymətləri də yüksələcək. Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına istinad etsək, bu ölkəyə idxal olunan təzə və dondurulmuş pomidorun hər 1\3 hissəsi Azərbaycandan gəlir. Bu məhsulun 2\3 hissəsinin olması daxili tələbi qarşılamadığı üçün ya əlavə olaraq idxalı artırmalıdırlar, yaxud istehlak bazarında bahalaşma qaçılmazdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90