Rusiya bütün QONŞU ÖLKƏLƏRİ… – ABŞ kəşfiyyatından Putinin PLANLARI BARƏDƏ ŞOK AÇIQLAMA

image-1653822886_putin_sad1653821813backend

“Rusiya Prezidenti Vladimir Putinin səhhəti barədə müxtəlif şayiələr yayılır, ancaq biz onun sandığımızdan da sağlam olduğunu deyə bilərik”.

Busaat.az  “Report”a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Vilyam Börns ölkəsinin Kolorado ştatının Aspen şəhərində keçirilən təhlükəsizlik məsələləri üzrə forumda bildirib.

Onun sözlərinə görə, Ukraynadakı müharibədə Rusiyanın 15 min ətrafında hərbçisi ölüb, bundan təxminən 3 dəfə çox hərbçisi yaralanıb: “Ukraynalılar da yaralanıb. Ancaq onların sayı azdır. Bununla belə, bu, əhəmiyətli sayda itkidir”.

V.Börns qeyd edib ki, Rusiya hakimiyyəti qonşu ölkələri təsir dairəsinə qaytarmağa və Rusiyanın böyük qüvvə kimi bərpa etməyə çalışır: “Ancaq bunu Ukrayna üzərində nəzarətsiz də etməyin mümkünlüyünə inanmırlar”.

MKİ direktoru İranın nüvə proqarmından da danışıb: “Kəşfiyyatımızın dəyərləndirməsinə əsasən, İran nüvə silahı yaratmaq istiqamətində səy göstərmir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90