Rusiya MN-dən Qarabağdakı atəşkəslə bağlı AÇIQLAMA

Rusiya MN-dən Qarabağdakı atəşkəslə bağlı AÇIQLAMAbackend

“Dağlıq Qarabağda atəşkəs rejimi bütün təmas xətti boyunca gözlənilir”.

Busaat.az  TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

“Bu gündən etibarən vəziyyəti gecə-gündüz izləyən Rusiya sülhməramlı kontingentinin təmas xətti boyunca 12 müşahidə postu yerləşdirilib.

“Cənub” məsuliyyət zonasında ümumilikdə 14, “Şimal” məsuliyyət zonasında isə 3 müşahidə postu qurulub. Bu gün daha 5 postun yerləşdirilməsinin başa çatdırılması planlaşdırılır”, – deyə Konaşenkov əlavə edib.

O həmçinin, qeyd edib ki, Rusiya sülhməramlılarının köməyi ilə Şuşada yaşayış məntəqəsi rayonunda həlak olanların cəsədlərinin mübadiləsinə başlanılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90