Rusiya və ABŞ arasında Qara dəniz gərginliyi yaşanır

image-53backend

Rəsmi Moskva ilə Vaşinqton arasında mövcud böhranlara yeni qarşıdurma əlavə olunub. 

Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən, ABŞ ordusunun pilotsuz uçan aparatlarının kəşfiyyat məlumatlarının toplanması üçün Qara dəniz üzərində uçuşlarını davam etdirməsi Rusiya ilə davam edən gərginliyi daha da artırır.

“Ötən həftə Krımın Sevastopol şəhərinin sahilləri Ukrayna raketləri ilə vurulmamışdan öncə bölgədə ABŞ-yə məxsus pilotsuz uçuş aparatları var idi. Bu uçuş aparatlarının Kiyevə kəşfiyyat məlumatları ötürdüyü açıq şəkildə görünür. ABŞ-nin münaqişədə bilavasitə tərəf tutduğunu göstərən bu davranış Rusiya ilə NATO arasında qaynar toqquşma riski yaradır” – bəyanatda bildirilib.

Qeyd olunub ki, ABŞ ilə Rusiya arasında münaqişə baş verərsə, məsuliyyət NATO ölkələrinin olacaq.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Sabrina Sinq Rusiyanın ultimatumuna cavab olaraq bildirib ki, ABŞ beynəlxalq qanunlar və normalar çərçivəsində Qara dəniz bölgəsində dəniz və havada kəşfiyyat uçuşlarına davam edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki