Şəxsi avtomobillə hərəkət etmək istəyənlərin diqqətinə! – Hansı halda və necə istifadə edilə bilər?backend

İcazə alan şəxslərin avtomobillərinin də icazəli olması məsələsinə aydınlıq gətirilib.

Busaat.az-ın məlumatına görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib ki, iş üçün icazə alınan şəxslərin avtomobilləri barədə də məlumat daxil edilir və onların avtomobilləri də icazəlidir.

SMS icazə ilə çıxan şəxslərin avtomobillərinə gəlincə isə 5 iyul tarixindən etibarən avtomobillərə də icazə almaq mümkün olur. O qeyd edib ki, bu istiqamətdə texniki düzəliş edilir: “SMS icazə vasitəsilə icazə alan zaman şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə bərabər avtomobilin də seria və nömrəsi eyni SMS vasitəsilə göndərməklə avtomobildən istifadə etmək mümkün olacaq”.