Təhsil Nazirliyindən bu dərslikdəki xəta haqqında AÇIQLAMA

image-photo_156223backend

Orta məktəblərin rus bölməsi üçün yazılan 4-cü sinif rus dili dərsliyində 20 Yanvar faciəsi ilə bağlı yol verilən təhrifə Gəncədə səfərdə olan təhsil nazirinin müavini Muxtar Məmmədov münasibət bildirib.

O qeyd edib ki, hazırda nəşriyyat tərəfindən məsələ araşdırılır. Araşdırmadan sonra müvafiq tədbir görüləcək.

“Dərsliklərdə olan bu kimi hallar aradan qaldırılacaq”, – deyə təhsil naziri əlavə edib.

Qeyd edək ki, mətndə deyilir ki, 1990-cı il 20 yanvar gecəsində şəhid olan dinc sakinlər Sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90