“Tibb Universitetinin tədris metodikasına görə möcüzə gözləməyə dəyməz” – Deputat

“Tibb Universitetinin tədris metodikasına görə möcüzə gözləməyə dəyməz” – Deputatbackend

“COVİD-19 elmlə bağlı məsələdir, bizdə elmə, alimə inanmaq nə zaman olub ki?!”.

Busaat.az xəbər verir ki, deputat Fazil Mustafa ölkəmizdə koronavirus pandemiyasının gedişatı ilə bağlı vəziyyəti dəyərləndirib.

Deputatın fikrincə, pandmeiya ilə mübarizə fonunda ölkəmizdə Türkiyədən 10-12 virusoloq və epidemoloqun gətirilməsi zəruridir:

“Karantin dövrünün bu kritik durumunda ən əlçatan variantlardan istifadə etmək lazımdır. Türkiyədən 10-12 virusoloq və epidemoloq dəvət etmək, onları prosesin idarə olunmasına cəlb etmək lazımdır. Hər gün də bir-ikisini televiziyaya çıxarıb, vəziyyəti təhlil etməsinə imkan yaratmaq məqsədəuyğun olardı. Pandemiya ilə bağlı vəziyyətin mütəxəssislər tərəfindən yönəldilməsinə inam yaratmaq olduqca vacibdir. Bizdə aydın olur ki, bu sahədə nəinki dünya standartlarına, heç yerli standartlara uyğun gələn mütəxəssis problemi var. Köhnə rus məktəbindən qalanlar da ya dünyasını dəyişiblər, ya da hədsiz yaşlaşıblar”.

Tibb Universitetinin isə tədris metodikasının dünya standartlarından çox uzaq olduğunu bildirən Fazil Mustafa hesab edir ki, pandmeiya ilə bağlı proses uzandığı təqdirdə yeni təcrübəyə yiyələnmiş yerli mütəxəssislərə ehtiyac yaranacaq və buna görə də savadlı kadrlar yetişdirilməlidir:

“Avropa və ABŞ-da bu sahələr üzrə tələbə də oxutdurmadığımız göz qabağındadır. Təcili ingiliscəsi və bu sahəyə uyğun tibb təhsili olan şəxsləri Çinə və Avropa ölkələrini 2 aylığına təcrübə mübadiləsinə göndərməliyik. Xarici dil bilgisi zəif olanları Türkiyəyə göndərmək olar. Proses uzandığı təqdirdə yeni təcrübəyə yiyələnmiş yerli mütəxəssislərin meydanda olması faydalı ola bilər. İnanmayanları da qınamaq lazım deyil. COVİD-19 elmlə bağlı məsələdir, bizdə elmə, alimə inanmaq nə zaman olub ki?!

Yas yerində bir mollanın söylədiyi cəfəngiyyatın dalınca gedənlər, yaxud da bir dedi-qodunu həqiqət kimi həzm edənlər həmişə çoxluqda olub. Bir çoxlarına desələr ki, COVİD-19-u cinlər göndərib, bu artıq domino masası arxasında, yas yerlərində ciddi müzakirə mövzusuna, geniş diskussiyalara çevrilə bilər. Ona görə də inanmaq istəyənləri, məsuliyyətli insanları düşünərək bu addımları atmaq vacibdir”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90