Türk və ukraynalı nazirlər taxıl müqaviləsini müzakirə edəcək

image-268137backend

Qara dəniz taxıl təşəbbüsünün həyata keçirilməsi Türkiyənin müdafiə naziri Hulusi Akar ilə Ukraynanın Türkiyədə səfərdə olan infrastruktur naziri Aleksandr Kubrakov arasında danışıqların əsas mövzusu olacaq.

Busaat.az xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən verilən məlumata görə, danışıqlar Akarın 14 may seçkilərində deputat mandatı qazanacağına ümid etdiyi Kayseri şəhərində aparılacaq.

Diplomatik mənbələrdən verilən məlumata görə, iki nazir BMT-nin baş katibi Antonio Quterreşin razılaşmanın icrasının dayandırılması ilə bağlı narahatlıqları və Rusiyanın may ayında başa çatacaq sazişin gələcəyinə optimist baxmaması ilə bağlı açıqlamaları fonunda taxıl sazişi ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

Qlobal bazarlarda ərzaq və gübrə təchizatı probleminin həllinə yönəlmiş sənədlər paketi 22 iyul 2022-ci ildə İstanbulda 120 gün müddətinə imzalanıb. Müqavilələrdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracını tənzimləyirdi. Bununla yanaşı, Rusiya və Birləşmiş Millətlər Təşkilatının Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına ixracına qoyulan müxtəlif məhdudiyyətlərin aradan qaldırılması üçün addımlar atacağını nəzərdə tutub. Noyabrda taxıl müqaviləsi daha 120 gün uzadılıb. Martın 18-də Rusiya sövdələşmənin 60 gün müddətinə uzadılacağını bildirib və bunun BMT ilə memorandumun icrasını və onun nəicələrini qiymətləndirmək üçün kifayət edəcəyini iddia edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90