Türkiyə müxalifəti prezident seçkiləri üçün yenə namizəd seçə bilmədi

image-289b4e73-vhux7u1bh5dac84hcszw6ubackend

Türkiyənin altı əsas müxalifət partiyasının alyansı Millət İttifaqı cümə axşamı günü prezident seçkilərində onları təmsil edəcək namizədlə bağlı qərar verə bilməyib.

Busaat.az-ın A-Haber telekanalına istinadən məlumata görə, partiyaları təmsil edən siyasətçilər martın 6-da məsələnin müzakirəsi üçün növbəti görüş keçirməyi planlaşdırırlar.

A-Haber xəbər verir ki, İYİ Partiya lideri Meral Akşener ölkənin əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxdığı üçün ortaq namizədlə bağlı qərar əldə olunmayıb.

Hazırki qərara görə, Türkiyədə prezident və parlament seçkilərini mayın 14-də keçiriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90