“Ukrayna Ali Radasında ağıllı qüvvələr yoxdur”.
Busaat.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib .
Onun sözlərinə görə, Ukraynada bütün proseslər Amerika Birləşmiş Ştatlarının nəzarətindədir.
“Əslində, Ukraynada baş verən proseslərə əmr verən, legitimliyini itirsə də, özünü tamamilə legitim prezident kimi göstərməyə çalışan hazırkı dövlət başçısına göstərişlər verən ABŞ-dir”.